SİZİN REKLAM BURADA!
055 213 76 73


2024-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra Vladimir Putin "Vahid Rusiya" partiyasına rəhbərlik edə bilər.

BAKU.WS-in məlumatına görə, bu barədə "Kommersant" qəzeti Rusiya Dövlət Başçısının Administrasiyasına yaxın mənbəyə istinadən yazıb.

Nəşrin yazdığına görə, partiyanın hökumət üzərində nəzarəti olacaq: "Buna görə yeni prezident bununla hesablaşmalı olacaq".

Bundan əlavə, V. Putin Təhlükəsizlik Şurasına və ya Dövlət Şurasına gedə bilər. Bu, bu orqanların səlahiyyətlərinin necə dəyişəcəyindən asılı olacaq.

Hazırda "Vahid Rusiya" partiyasına Dmitri Medvedev rəhbərlik edir.

BAKU.WS