SİZİN REKLAM BURADA!
055 213 76 73


Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsinin vurulma anı yayılıb.

BAKU.WS xəbər verir ki, görüntülərin müəllifi iranlı jurnalist Benqam Qolipurdur.

Kadrlardan ehtimal olunur ki, iki raket təyyarəyə təxminən 30 saniyə fərqlə dəyir. Birinci raket təyyarənin pilotlar olan kabinəsinə tuşlanıb.

Qeyd edək ki, "Boeing 737" təyyarəsi yanvarın 8-də səhər tezdən Tehran hava limanından havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Təyyarədə olan 167 sərnişin və 9 ekipaj üzvünün hamısı həyatını itirib.

BAKU.WS
VİDEO