VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya avtomobil nəhənglərindən birini itirməyə çox yaxındır. Yaponiyanın "Nissan" avtomobil konserninin rəhbərliyi "Renault Corporation"u tərk etməklə bağlı gizli plan hazırlayır. Buna səbəb isə ittifaqın keçmiş rəhbəri Karlos Qonla bağlı qalmaqalın yaşanmasıdır.

BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən yazıb.

Nəşrin yazdığına əsasən, "Nissan" istehsal və mühəndislik sektorlarında "Renault"la birgə işi dayandırmağı, habelə şirkətin idarə heyətində dəyişiklik etməyi planlaşdırır.

Nəşr qeyd edir ki, "Nissan" və "Renault" arasındakı tərəfdaşlıq onsuz da zərərli olub və Qonla bağlı vəziyyət Yaponiya tərəfini daha sürətli hərəkət etməyə vadar edib.

"Nissan" - "Renault" 1999-cu ildə ittifaqa daxil olub. İndi bu birliyin dayanması, hər iki tərəfi avtomobil sənayesində yeni tərəfdaşlar axtarmağa məcbur edəcək.

Yalnız bu şəkildə şirkətlər "Fiat Chrysler" və "Peugeot" ittifaqı və "Volkswagen" və "Ford"un birgə istehsalına rəqabət göstərə biləcəklər.

Karlos Qon, 2018-ci ilin sonunda Yaponiyada tutulub və 80 milyon dollar gəlirini gizlətməkdə, şirkətə 16 milyon dollarlıq şəxsi zərərini yazmaqda ittiham edilib. Sonra Qon dəfələrlə girov müqabilində sərbəst buraxılıbvə yenidən həbs edilib.

2019-cu ilin dekabrında top menecerin ev dustaqlığından qaçaraq Yaponiyanı tərk etdiyi məlum olub. Onu çamadanda gizlədiblər və ölkədən şəxsi təyyarə ilə qaçırıblar.

BAKU.WS