VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq hökumətinin Rusiyadan “S-400” zenit-raket kompleksi almaqitdiyi idia edilib.

BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, bu iddianı “The Wall Street Journal (WSJ)” ortaya atıb.

Jurnal İraq Milli Məclisinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Kərim Ələvinin açıqlamalarına yer verib. O bildirib ki, hazırda Rusiya nümayəndələri ilə “S-400” məsələsi müzakirə edilir:

“Amerikalılar bizə lzım olan silahları almağımıza kömək etmir. Buna görə də biz “S-400” almağa məcburuq”.

Kərim Ələvi qeyd edib ki, bununla bağlı hələ 3 ay öncə Rusiyaya səfər edilib. Lakin oktyabr-noyabr aylarında İraqda kütləvi aksiyalar və ardınca Baş nazir Adil Əbdülmehdinin istefasına görə bu müzakirələr təxirə salınmışdı.

İranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsi, ardınca İranın ABŞ hərbni bazalarına raket zərbələri endirməsi və İraq parlamentinin ABŞ hərbiçilərinin ölkədən çıxarılması barədə qərarından sonra “S-400” məsələsi yenidən gündəmə gəlib.

Fərid ƏDALƏT
BAKU.WS