SİZİN REKLAM BURADA!
055 213 76 73


Liviyada döyüşlərin dayandırılması üçün Türkiyə və Rusiya 12 yanvardan etibarən atəşkəs elan edilməsi üçün çağırış etmişdi.

BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, Liviya hökumətə bu çağırışa müsbət cavab versə də, inqilabçı general Xəlifə Xəftər atəşkəsə getməyəcəyini açıqlayıb.

Həftər əməliyyatlara davam edəcəklərini bildirib.

O, paytaxt Triploni ələ keçirənə qədər əməliyyatların davam edəcəyini deyib.

Qeyd edək ki, Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Həftərə qarşı mübarizə üçün hərbiçilərini Liviya ordusuna dəstəyə göndərib.

Liviyadakı mövcud durumu aşağıdakı foto izah edir:

 

Fərid ƏDALƏT
BAKU.WS