SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın müdafiə naziri Mark Esper İraqda ABŞ əsgərlərinin yerləşdiyi 2 bazaya 16 raketin atıldığını təsdiqləyib.

BAKU.WS "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə o, Baş qərargah rəisi General Mark Milley, Nümayəndələr Palatası və Senatın üzvləri ilə birgə Pentaqonda mətbuata açıqlama verib.

"İranın üç bölgəsindən dünən gecə qısa mənzilli 16 raket ABŞ və koalisiya əsgərlərinin yerləşdiyi 2 bazaya atılıb. 11 raket əl-Əsəd bazasına, biri isə Ərbil bazasına düşüb. Əl-Əsəd bazasında bəzi anbar, uçuş zolaqları, dayanacaq və bir vertolyot zədələnib. Yaralı yoxdur. Koalisiya, ABŞ və müttəfiq qüvvələr tərəfdən itki yoxdur",-deyə Mark Esper bildirib.

Hücumdan əvvəl ABŞ və İraqın xəbərdar olub-olmaması ilə bağlı sualları cavablandırmayan Esper, hücumun təsadüfi atəş olmadığını vurğulayıb.. Erkən xəbərdarlıq sistemləri hücumun təsirini minimuma endirib.

Şiə hərbçilərlə İranın bir-birinə bağlı olmasına baxmayaraq onlara ayrı mövqe göstərilməsini istəyən Esper, "İrandan təlimat alan və almayan şiə qrupların gələcək dövrdə İraqda bizi siyasi və ya hərbi cəhətdən sarsıtmaq üçün birbaşa addımlar atacağını gözləyirik",-deyə vurğulayıb.

BAKU.WS