SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək.

BAKU.WS-in məlumatına görə, bu barədə Donald Tramp ABŞ-ın İraqdakı hərbi bazalarının İran tərəfindən raket atəşinə tutmasından sonra keçirdiyi canlı yayımda məlumat verib.

Onun sözlərinə görə, aviazərbələr nəticəsində ölənlər arasında ABŞ vətəndaşları yoxdur və bazalara minimal zərər dəyib: “Ötən gün İranın raket hücumları nəticəsində heç bir amerikalı və iraqlı da xəsarət almayıb”.

Tramp həmçinin, Amerikanın İranla sülhə hazır olduğunu da bildirib. 

"İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. Birləşmiş Ştatlar sülh istəyən bütün ölkələrlə sülhə hazırdır", - deyə ABŞ prezidenti əlavə edib.

BAKU.WS