SİZİN REKLAM BURADA!
055 213 76 73


İran nüvə proqramı ilə bağlı 2015-ci ildə imzaladığı məhdudiyyət şərtlərinə bundan sonra əməl etməyəcək.

BAKU.WS xəbər verir ki, rəsmi Tehranın yaydığı bəyanata görə, İran nüvə anlaşması ilə bağlı öhdəliklərin icrasına yalnız ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğvindən sonra dönəcək.

"İran İslam Respublikası nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində beşinci addımı atır. Belə ki, sentrifuqların sayında məhdudiyyəti ləğv edib. Bundan sonra uranın zənginləşdirilməsində, zənginləşdirilmənin faizində, zənginləşdirilmənin miqdarı, araşdırılması və inkişaf etdirilməsinə heç bir məhdudiyyət tətbiq etməyəcək".

BAKU.WS