SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin FOX kanalında yayımlanan məşhur “Mucize Doktor” serialının qəhrəmanı “Ali Vefa”nı canlandıran Taner Ölmez yenə şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Taner Ölmez toy öncəsi özünə 3 milyonTL-yə (858 min AZN) villa alıb.

Onun aldığı villa Kadıköyün Bağdad küçəsində yerləşir.

Qeyd edək ki, Taner Ölmez “Mucize Doktor” serialında canlandırdığı “Ali Vefa”ya görə həftədə 30 min lirə (təxminən 5900 AZN) pul qazanır.

Xatırladaq ki, Taner Ölmez həmkarı Ece Çeşmioğlu ilə ailə quracaq. Bildirilir ki, yaxın günlərdə Taner Ölmez Ece üçün elçiliyə gedəcək.

Lakin onların toyunun nə zamanda baş tutacağı hələlik məlum deyil.

Qeyd edək ki, Ece Çeşmioğlu 1990-cı ildə İstanbulda doğulub.

O, tamaşaçılara “Çocuklar duymasın”, “Gümüş”, “İki ailə” seriallarından tanışdır.

BAKU.WS
VİDEO