SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Donald Tramp "Evdə tək-2" ("Home Alone 2") filmində iştirak etməyini özü üçün şərəf adlandırıb.

BAKU.WS xəbər verir ki, o, jurnalistlərə açıqlamasında həmin illəri xoş xətirələrlə yada saldığını bildirib.
“Hər il, xüsusən Milad günlərində bir çox insan bu barədə danışır.

Xüsusilə kiçik yaşlı uşaqlar deyirlər: “Səni indicə kinoda gördüm”. Onlar məni televizorda görmürlər kimi, mənə kinoda fikir verirlər. Bu yaxşı bir filmdir və mən belə desək, daha gənc idim.

Həmin filmdə çəkilmək mənim üçün şərəf idi", - deyə Donald Tramp bildirib.

Qeyd edək ki, 1992-ci ildə çəkilən filmdə Tramp özünü canlandırır.

Kiçik bir epizodda o, baş qəhrəmana - itmiş oğlan Kevinə kömək edir - ona otel holluna necə getməyi izah edir.

Bütün epizod təxminən 10 saniyə davam edir.

Həmin səhnəni təqdim edirik:

BAKU.WS
VİDEO