SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə FETÖ terror qruplaşmasının ordudakı üzvlərinin ortaya çıxarılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.

BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində hazırda vəzifədə olan 48 zabit saxlanılıb. Onların arasında 3 polkovnik, 3 podpolkovnik, 3 mayor, 22 kapitan və 2 baş leytenant var.

Bundan başqa, daha öncə işdən qovulmuş, pensiyaya çıxmış, istefa vermiş və müqaviləsi ləğv edilmiş 58 zabit də saxlanılıb. Onların arasında isə 21 polkovnik, 4 podpolkovnik, 5 mayor, 13 kapitan, 4 baş leytenant və 1 leytenant var.

Əməliyyat başda İzmir olmaqla ümumilikdə 33 vilayətdə keçirilib.

Fərid ƏDALƏT
BAKU.WS