SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ rəhbərliyinin “erməni soyqırımı” məsələsində mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəkindən fərqlənmir.

BAKU.WS xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus çıxış edib.

O, əlavə edib ki, Ağ Ev rəhbəri Donald Tramp Senatın qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnaməyə veto qoyub.

Qeyd edək ki, Donald Tramp 24 aprel 2019-cu ildə yazılı bəyanatında 1915-ci il hadisələrini “erməni soyqırımı” deyil, “böyük fəlakət" adlandırıb.

BAKU.WS