SİZİN REKLAM BURADA!
055 213 76 73


1945-ci ildə ABŞ tərəfindən Yaponiyaya atılmış atom bombası zamanı Xirosimada 14 min, Naqasakidə isə 70 min insan ölmüşdü.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, tarixi qətliam zamanı Xirosimada cəmi 4 bina uçmayıb.

1913-cü ildə tikilmiş və hərbi geyim fabriki olaraq istifadə edilən həmin binalar müharibə zamanı xəstəxana funksiyasını icra etmişdi. Binaların atom bombasına qarşı dayanmasının əsas səbəbi olaraq tikintidə istifadə edilmiş beton texnologiyası göstərilib.

Həmin binalardan biri, “Genbaku Qübbəsi” təmir edilərək “Xirosima Sülh Abidəsi” olaraq dünya miras siyahısına daxil edilib.

Digər üç binanın təmiri üçün isə 8,4 milyard yen (təxminən 130 milyon manat) tələb olunur. Bu xərci çəkmək istəməyən yapon rəsmilər həmin binaları sökmək qərarına gəliblər. Söküntü xərclərinin 800 milyon yen (təxminən 12,4 milyon manat) tutacağı bildirilir.

Hazırda Yaponiya ictimaiyyəti binaların sökülməməsi üçün imza kapmaniyası keçirir.

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA