SİZİN REKLAM BURADA!
055 213 76 73


"Washington Capitals" klubunun üzvü Aleksandr Oveçkin yenidən hakimə xəsarət yetirməklə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, rusiyalı hokkeyçi NHL-də "Boston Bruins"ə qarşı görüşdə hakim Con Makayzekə zərbə endirib.

Rusiyalı hokkeyçinin istəmədən müdaxiləsi ilə üzləşən hakim buzlu meydançanı tərk edib.

Onun tibbi müayinədən keçəcəyi bildirilir.

Qeyd edək ki, Oveçkin buna qədər noyabr ayında "New York Rangers" lə oyun əsnasında hakimə ciddi xəsarət yetirmişdi.

BAKU.WS
VİDEO