SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynada Kiyev Vilayət Şurasının deputatı, “Objora” restoranlar şəbəkəsinin rəhbəri Vyaçeslav Sobolev silahlı hücuma məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə "strana.ua" portalı məlumat yayıb.

Hadisə zamanı ukraynalı deputatın özü ciddi xəsarət almasa da, 3 yaşlı oğlu yaralanıb. Xəstəxanaya aparılarkən azyaşlı yolda həyatını itirib.

Qeyd edək ki, naməlum şəxslər Kiyev şəhərində Lev Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində deputatın avtomobilinə atəş açıblar.

BAKU.WS
VİDEO