SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın baş naziri Giorgi Qaxariya Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ikinci hissəsinin açılış mərasimində iştirak edəcək.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

G.Qaxarianı mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət edib.

Qeyd edək ki, açılış mərasimi noyabrın 30-da Türkiyənin Ədirnə vilayətində keçiriləcək.

BAKU.WS