VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Federasiyasının Qəhrəmanı" adı (Rusiya Qəhrəmanı) 1992-ci ildə təsis edilmişdir. Ölkədə dövlət və xalq qarşısında xidmətlərinə görə insanlara verilən ən yüksək addır.

BAKU.WS xəbər verir ki, 1992-ci ildən bu günə qədər 1064 nəfərə "Rusiyanın Qəhrəmanı" adı verilib.

27 illik tarixi ərzində Rusiyada ən yüksək mükafat adı bir azərbaycanlıya - Nəcəfov Həsən Rəcəb oğluna təqdim olunub.

Nəcəfov Həsən 14 iyul 1963-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. O, 1984-cü ildə SSR Ali Sovetinin adını daşımış Bakı Ali Silah Komandanlığı Məktəbini bitirib.

Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin 27 iyun 2000-ci il tarixli sərəncamı ilə Şimali Qafqaz bölgəsi ərazisindəki əks-terror əməliyyatı zamanı göstərilən cəsarət və qəhrəmanlığa görə Nəcəfov Həsən Rəcəb oğlu "Rusiya Federasiyasının Qəhrəmanı" adına layiq görülmüşdür.

Polkonkik-leytenant rütbəsində olan N.H.Rəcəbov hazırda Rusiya ordusunda xidmətini davam etdirir.

Onun adı Samaranın Volqa-Urals Hərbi Dairəsinin Zabitlər Evində quraşdırılmış Qəhrəmanların xatirə lövhəsinə həkk edilib.

 

BAKU.WS