SİZİN REKLAM BURADA!
055 213 76 73


Yəməndəki Husi hökumətinin sahil mühafizəçiləri Qımızı dənizdə 3 gəmini saxlayıb.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, onlardan biri Səudiyyə Ərəbistanına, ikisi isə Cənubi Koreyaya məxsusdur.

Husi hökumətinin Daxili İşlər Nazirliyindən bildirilib ki, gəmilər Yəmən ərazisinə icazəsiz daxil olduqları üçün Ukban adası yaxınlığında saxlanılıblar.

Gəmilər Hudeydə şəhərindəki Salif limanına aparılıblar.

BAKU.WS