SİZİN REKLAM BURADA!
055 213 76 73


İran hakimiyyəti benzinin bahalaşmasından daha çox əziyyət çəkən əhali qrupuna müavinətlər verilməsinə balşayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Bu gündən verilməsi nəzərdə tutulan müavinətlər 19 milyon ailəyə şamil olunacaq. Müavinətin məbləği ailə üzvlərinin sayına görə veriləcək .

Hər ay ödənilməsi qərara alınan müavinət 0,55 milyon rial - (8,48 AZN) 2,05 milyon rial (30,5 AZN) arasında dəyişəcək.

Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyəti güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,59 AZN), ondan xaric isə 30 min rial (1,28 AZN) olub. Benzinin əvvəlki qiyməti 10 min rial (0,39 AZN) idi.

İranda benzinin qiymətinin bahalaşmasına etiraz olaraq paytaxt Tehran, Əhvaz, Xorrəmşəhr, Bircan, Məşhəd, Geçsaran, Sircan, Bəndər Abbas, İsfahan və Şiraz şəhərlərində küçələrə çıxan insanlar etiraz ediblər. Toqquşmalarda bu günə kimi 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığı açıqlanıb.

BAKU.WS