VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Ali dini lideri Ayətullah Seyyid Əli Xamenei ölkədə bir neçə gündür davam edən kütləvi aksiyalarla bağlı danışıb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, o, ictimai obyektlərə ziyan vurulması və yandırılmasının fitnəkarların işi olduğunu söyləyib:

“Vətənini sevən ağıllı insanlar bunu etməz. Bu cür hadisələr ölkənin ən böyük fəlakəti olacaq etibarsızlığı artıra bilər. Rəsmi şəxslər alınan qərarların vətəndaşların həyatına mənfi təsir etməməsi üçün həssas yanaşmalıdır”.

Ayətullah Xamenei benzin qiymətindəki artımın digər məhsullarının bahalaşmasına səbəb olmayacağını söyləyib:

“Buna ümumi nəzarət edilməlidir. Bahalaşma vətəndaşları üçün böyük problemlər yarada bilər. Bütün rəsmilər bu məsələdə duyarlı olmalıdır. Təhülkəsizlik rəsmiləri də öz vəzifələrini icra etməlidirlər. İran xalqı fitnəkarlardan uzaq durmalıdır”.

Xatırladaq ki, İran Milli Neft Məhsullarının Satışı Şirkətinin verdiyi açıqlamaya görə, dövlət tərəfindən subsidiyalaşdırılmış benzinin litri - aylıq 60 litrə qədər olmaqla - 1000 tüməndən (4 manatdan) 1500 tümənədək (6 manatadək) qaldırılıb. Hər maşına bir ayda 60 litrdən çox benzin alındığı təqdirdə, benzinin bir litrinin qiyməti 3 min tümənə (12 manata) qaldırılıb.

Buna etiraz olaraq keçirilən kütləvi aksiyalarda bir çox dövlət və ictimai obyektlər yandırılıb.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani iqtisadi böhrana baxmayaraq, hökumətin qiymət artımından qazanc əldə etmək məqsədi güdmədiyini, bütün gəlirlərin 60 milyon insana paylanacağını qeyd edib.

BAKU.WS
QALEREYA