VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanda müxalifət partiyalarının keçmiş fəallarından ibarət cinayətkar şəbəkə üzvlərinin işini araşdırmaqda davam edir.

BAKU.WS
xəbər verir ki, Almaniya polisinin apardığı araşdırma nəticəsində müxalifət partiyalarının 7 fəalı, xüsusən də Müsavat Partiyasından olan üzvlərin miqrant alveri məqsədi ilə vahid cinayət qrupu yaratdıqları məlum olub. 

Hazırda onlar Azərbaycandan miqrantların qanunsuz yollarla ölkəyə gəlməsini təşkil etməkdə ittiham olunurlar. Cinayətkarlar göstərdikləri xidmətə görə 3 min-10 min arası avro pul alıblar. 

Son məlumata görə, Bavariyada yerli rəhbərlik siyasi təqiblərə görə sığınacaq almış çox sayda miqrantı Azərbaycana deportasiya etmək qərarına gəlib. Onların hamısı Müsavat Partiyasının vəsiqələri əsasında sığınacaq alıblar.
BAKU.WS