SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə hökuməti Suriyada həbs olunan İŞİD terrorçularını öz ölkələrinə deportasiya edəcək.

BAKU.WS
xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti yazıb. 

Nəşrin yazdığına əsasən, Türkiyədən çıxarılacaq muzdlu terrorçuların sayı 959 nəfər təşkil edir.

Deportasiya ediləcək İŞİD-çilərin siyahısı belədir:

Rusiya (99 nəfər), AZƏRBAYCAN (29 nəfər), Suriya (273 nəfər), Özbəkistan (82 nəfər), Almaniya (17 nəfər), Qazaxıstan (10 nəfər), Ukrayna (4 nəfər), Hollandiya (3 nəfər), Fransa (2 nəfər), Danimarka (2 nəfər), Avstriya (2 nəfər), Kosova (2 nəfər), Bolqarıstan (2 nəfər), Rumıniya (1 nəfər), Albaniya (1 nəfər), , Qırğızıstan (23 nəfər), Tacikistan (21 nəfər), Misir (13 nəfər), Əfqanıstan (11 nəfər), Tunis (10 nəfər),  Fələstin (9 nəfər), Mərakeş (8 nəfər), Pakistan (6 nəfər), Türkmənistan (6 nəfər), Nigeriya (3 nəfər), İran (3 nəfər), Somali (3 nəfər), Liviya (2 nəfər), İordaniya (2 nəfər), Əlcəzair (2 nəfər), Səudiyyə Ərəbistanı (2 nəfər), Yəmən (1 nəfər), Böyük Britaniya (1 nəfər), İraq (296 nəfər), ABŞ ( 2 nəfər) və Avstraliya (3 nəfər).

Qeyd edək ki, İŞİD terrorçularının arasında 147 azyaşlı da var.
BAKU.WS