SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail ordusu blokadada saxladığı Qəzza Zolağına dünən səhər saatlarından etibarən hava zərbələri endirir.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, hücumlar nəticəsində 11 nəfər ölüb, 50 nəfər yaralanıb.

Fələstin cavab olaraq İsrailin bəzi bölgələrinə raket atıb.

Fələstin Baş naziri Məhəmməd Iştiyyə beynəlxalq ictimaiyyətə çağırış edərək İsrailin sivillərə qarşı hücumlarını dayandırmaq üçün hərəkətə keçmələrini istəyb.

Qeyd edək ki, İsrail Qəzzadan Təl-Əvivə qədər 80 km-lik məsafədə fövqəladə vəziyyət elan edib.
BAKU.WS
VİDEO