SİZİN REKLAM BURADA!
055 213 76 73


Şimali Kirpdə Azərbaycan vətəndaşı olan Səbinə Qasımovaya məxsus zinət əşyaları oğurlanıb.

BAKU.WS
xəbər verir ki, hadisə Şimali Kirpin Qazimağusa şəhərində baş verib.

Həmyerlimiz bir müddət münasibətdə olduğu sevgilisi tərəfindən soyğuna məruz qalıb. Bundan sonra 15.10.2019-cu il tarixdə polisə oğurluq hadisəsi barədə məlumat verib.

İstintaq nəticəsində şübhəli şəxs qismində digər Azərbaycan əsilli Ərman Şah 11.11.19 tarixində polis tərəfindən saxlanılıb.

Aparılan istintaq zamanı məlum olub ki, Ərman Şah adlı azərbaycanlı Səbinə Qasımovanın səfərdə olmasından istifadə edərək onun qaldığı evə daxil olub və 13 ədəd zinət əşyasını oğurlayıb.
BAKU.WS