SİZİN REKLAM BURADA!
055 213 76 73


Suriyanın İdlib şəhərində öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin bacısı Rəsmiyə Avad Türkiyə hərbçilərinin dünən axşam saatlarında təşkil etdiyi əməliyyat nəticəsində ələ keçib. 

BAKU.WS 
xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb. 

Türkiyənin kəşfiyyat rəmisi agentliyə bildirib ki, 65 yaşlı qadın Suriyanın Əziz bölgəsində əri, gəlni və 5 uşağı ilə birgə konteynerdə yaxalanıb. 

Türkiyənin Prezident Administrasiyanın rabitə rəhbəri Fəxrəddin Altun isə "Twitter"də paylaşıb ki, Rəsmiyə Avadın tutulması Türkiyənin İŞİD-lə mübarizədəki nə qədər qərarlı olmasını isbat edib. 

"Türkiyənin ideologiya və mənşəyə baxmadan terrorla mübarizəsi fasiləsiz davam edir. Bağdadinin bacısının tutulması, terrorla mübarizə əməliyyatlarının müvəffəqiyyətinə bir başqa nümunədir. Türkiyənin İŞİD-lə mübarizə mövzusundakı qərarlığına kölgə salmaq üçün təbliğat aparılır. Tərəfdaşlarımızla eyni nöqtədə terrorla mübarizə sahəsindəki əməkdaşlığımız heç bir zaman şübhə altına salına bilməz",-deyə Altun əlavə edib. 

BAKU.WS