SİZİN REKLAM BURADA!
055 213 76 73


İŞİD terror təşkilatı öz lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi xəbərini təsdiqləyib və onun “varisinin” adını açıqlayıb.

BAKU.WS Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə qruplaşma ilə əlaqəli olan Amaq saytı məlumat yayıb. Məlumata görə, təşkilat Abu İbrahim əl- Haşimi əl-Kuraşini yeni lider təyin edib.

ABŞ Prezidenti Donald Tramp bir qədər əvvəl elan etmişdi ki, Amerika hərbçiləri əl-Bağdadinin yerinə bir nömrəli namizədi də öldürüblər. Lakin Ağ evin başçısı həmin şəxsin adını və nə vaxt öldürüldüyünü açıqlamayıb.

Xatırladaq ki, ötən həftənin sonunda İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyanın İdlib əyalətində xüsusi əməliyyat zamanı öldürüldüyü bildirilmişdi.
BAKU.WS