SİZİN REKLAM BURADA!
055 213 76 73


İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin gizləndiyi yer barədə dəqiq məlumat verən şəxs 25 milyon dollar mükafat alacaq. 

BAKU.WS 
xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. 

Nəşrin yazdığına əsasən. əl-Bağdadinin yeri barədə məlumat verən şəxs ailəsi ilə birgə ölkədən çıxarılıb. 

Onun kimliyi və hansı ölkənin vətəndaşı olması barədə məlumat təhlükəsizliyini təmin etmək məqsədi ilə açıqlanmır. 

KİV-lərdə gedən məlumata görə, İŞİD liderini satmaqda ehtimal olunan şəxslər arasında iki nəfərin adı keçir. Bunlar əl-Bağdadinin baş müşaviri İsmail əl-Əthavi və bacanağı Məhəmməd Əli Sacətdir. 

Türkiyə tərəfindən tutulan və İraq təhlükəsizlik qüvvələrinə təslim edilən İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin baş müşaviri İsmail əl-Əthavi terrorbaşının gizləndiyi yer barədə məlumat verib. 

“Əl-Əthavi dindirilmə zamanı əl-Bağdadinin hərəkətləri və gizləndiyi yerlər haqqında məlumat verib. İŞİD liderinin 5 yaxın silahdaşı ilə keçirdiyi toplantının ünvanını təhlükəsizlik qüvvələrinə açıqlayıb”,-deyə İraq rəsmisi vurğulayıb.

İŞİD liderinin ölümünə səbəb kimi onun bacanağı olan Məhəmməd Əli Sacət də göstərilir. Ərəb mediası isə yazır ki, əl-Bağdadinin yerini bir ay öncə tutulmuş bacanağı bildirib. Sacət həmçinin deyib ki, təşkilat çoxlu miqdarda qızıl və pullar itirib. Beləki, səhrada gizlədilmiş qızıl və pullar çobanlar tərəfindən tapılıb.

Qeyd edək ki, ABŞ ordusunun təşkil etdiyi əməliyyat zamanı əl-Bağdadi və bir neçə silahdaşı zərərsizləşdirilib. Donald Tramp da çıxışı zamanı Birləşmiş Ştatlara verdiyi dəstəyə görə Türkiyə, Rusiya, Suriya və İraqa təşəkkür edib.
BAKU.WS
QALEREYA