SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Ankaradakı səfiri Deyvid Satterfild ABŞ Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini qəbul etməsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfirə etiraz notası təqdim olunub.

Türkiyə XİN-dən səfirə bildirilib ki, bu qərarın tarixi və hüquqi əsası yoxdur.

Qeyd edək ki, oktyabrın 29-da ABŞ-ın Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihəni qəbul edib. 405 konqresmen qətnamənin lehinə, 11-i isə əleyhinə səs verib.

Layihəni Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Demokratlar Partiyasının üzvü, Kaliforniya dan konqresmen, ermənipərəst Adam Şiff təqdim edib. Məlumata görə, qətnaməin qüvvəyə minməsi üçün Konqresin Yuxarı Palatasında (Senat) da səsverməyə çıxarılacaq.
BAKU.WS