SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə və Rusiya arasında Soçi görüşündə əldə edilmiş razılığa əsasən PKK/YPG terrorçuları Türkiyə ilə sərhəddən 32 km dərinlikdə və 440 km eninə olan məsafədən geri çəkilib.

BAKU.WS xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi geri çəkilən PKK/YPG üzvlərinin sayının 34 min nəfər olduğunu açıqlayıb.

Bundan başqa, 3 mindən çox silah və hərbi təchizat da təhlükəsizlik bölgəsindən kənarlaşdırılıb.

Rusiya Müdafiə Nazirliyinin Suriyada Tərəfləri Uzlaşdırma Mərkəzinin idarəedicisi Yuriy Borenkov bu məsələdə Rusiyanın şərtləri yerinə yetirdiyini bildirib.

Bundan başqa, Türkiyə-Suriya sərhəd ində Suriya hökumətinə məxsus 84 patrul məntəqəsi qurulub. Bunlardan 60-ı Qamışlı, 24-ü isə Kobani bölgəsində təşkil edilib.

Məlumat üçün bildirək ki, Rusiya və Türkiyə hərbi polisləri 10 km məsafədə birgə patrul xidməti aparırlar.

Qeyd edək ki, Türkiyə 9 oktyabrda Suriyanın şimalında “Barış Pınarı” adlı antiterror əməliyyatına başlayarkən sərhəd bölgəsində 440 km-lik məsafədə “təhlükəsizlik zolağı” yaratmağı hədəf olaraq qoymuşdu. Lakin, həm ABŞ-la, həm də Rusiya ilə əldə edilən razılaşmaya görə bu məsafə 120 km məsafə ilə məhdudlaşacaq. Buna baxmayaraq Tel-Abyad və Rəs-əl-Ayn arasında nəzərdə tutulan təhlükəsizlik bölgəsindən kənarda qalan 10 km məsafədə Rusiya və Türkiyə həbiçiləri birgə patrul xidməti göstərəcək. Bununla da Türkiyə öz sərhədlərindən kənarda nəzarətçi vəziyyətinə gələcək.

Fərid ƏDALƏT

BAKU.WS