SİZİN REKLAM BURADA!
055 213 76 73


İraqın cənubunda yerləşən Kərbəla şəhərində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub. 

BAKU.WS
xəbər verir ki, polisi nümayişçiləri dağıtmaq üçün atəş açıb, 20 nəfər həyatını itirib. 

Qeyd edək ki, İraqda işsizlik və hökumət rəsmilərinin fəaliyyətsizliyi səbəbindən başlayan nümayişlərdən sonra komendant saatı tətbiq olunsa da, islahat vədləri verilsə də, aksiyalar səngimək bilmir. 

Şiələrin sıx yaşadğı ölkənin cənubundakı Kərbəla şəhərində quberniya binası önünə toplaşan etirazçılara təhlükəsizlik qüvvələrinin təsadüfi atəş açması nəticəsində ən azı 20 nəfər həlak olub, 858 nümayişçi yaralanıb.

Bəzi nümayişçilər etirazları dağıtmaq üçün təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş anını və Kərbəla xəstəxanasındakı cəsədlərin görüntülərini paylaşıblar.
BAKU.WS
VİDEO