VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Suriyada xüsusi vəzifələrin yerinə yetirilməsi üçün Çeçenistandan daha 300-ə yaxın hərbçini Türkiyə ilə sərhədə yerləşdirib. 

BAKU.WS
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. 

Türkiyə ilə sərhədin 30 kilometrliyində patrul nəzarəti təşkil edəcək çeçen xüsusi təyinatlılar üçün "Hmeymim" aviabazasına  20-dən çox "Tiqr" və "Tayfun-U" zirehli avtomobillər də göndərilib. 

Rusiya ordusunun hərbçiləri yaxın vaxtda vəzifələrini yerinə yetirməyə başlayacaq.

Nazirlikdən bildirilib ki, çeçen hərbçilər Türkiyə ordusunun mövqeləri ilə yaxın ərazidə yerləşən kürdlərin yaşadığı rayonlarda əhalinin təhlükəsizliyini təmin edəcək.
BAKU.WS