SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Suriya məsələlərini müzakirə etmək üçün Rusiyaya səfər edib. 

Onun Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü 6 saata qədər davam edib.

Görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tarixi bir razılaşmaya imza atdıqlarını deyib. O qeyd edib ki, 23 oktyabrdan başlayaraq 150 saat ərzində bölgədəki bütün YPG terrorçuları ərazidən çıxarılacaq. Sonra isə Türkiyə və Rusiya hərbçiləri bölgədə birgə patrul xidməti həyata keçirəcəklər.

“Türkiyə Prezidentinə dəvəti qəbul edib gəldiyi üçün təşəkkür edirəm. Fərat çayının şərqi barədə müzakirələr aparmaq üçün geniş heyətlə buraya gəldi. Cənab Ərdoğan Türkiyənin məqsədləri barədə bizi məlumatlandırdı. Biz Türkiyənin milli təhlükəsizliyi ilə bağlı atdığı addımları anlayışla qarşılayırıq. Bizə görə, bölücü ünsürlər və anlaşmazlıqlar sünii şəkildə böyüdülürdü. Önəmli olan İŞİD kimi terror ünsürlərinin bu vəziyyətdən istifadə etməməsidir” – deyə, Rusiya Prezidenti Vladimir Putin görüş barədə açıqlama verib.

“Bu günki görüşmədə əsas müzakirə mövzusu Suriya idi. Suriyada sabit vəziyyətin bərqərar edilməsi üçün ciddi səylər göstərdik. Bundan sonra da daha yaxşı nəticələr üçün çalışacağıq. Həm rus dostlarımızın narahatlıqlarını aradan qaldırmaq, həm də bölgədə təhlükəsizliyi təmin etmək üçün çalışmalarımızı davam etdirəcəyik. Suriyadakı fəaliyyətimiz barədə Putinə geniş məlumat verdim. Əməliyyatlarımızda əsas məqsəd PKK/YPG terrorçularını bölgədən çıxarmaq və miqrantları oraya geri qaytarmaqdır. Heç bir halda Suriyanın ərazi bütövlüyündə gözümüz yoxdur. Bir müddətdir terrorla mübarizə apran Suriya Türkiyənin səyləri ilə yenidən normal vəziyyətə qayıtdı. Bunu Suriyanın digər bölgələrinə də yaymaq istəyirik. Beynəlxalq dəstək ilə buna nail olacağıq” – deyə, Ərdoğan bildirib.
BAKU.WS