VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Ali Məhkəməsinin kataloniyalı siyasətçilərə həbs cəzasına etiraz edən minlərlə kataloniyalı Barselona kütələrində aksiya keçirir.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, 3 gündür davam edən aksiyalarda polislərlə toqquşmalar baş verib.

Məlumata görə, polislərin sərt müdaxiləsi nəticəsində 96 nəfər xəsarət alıb. Bundan başqa, 33 nəfər saxlanılıb.

Qeyd edək ki, 1 oktyabr 2017-ci ildə Kataloniya müstəqilliyini elan etmək üçün referendum keçirmiş və referendum müstəqillik lehinə nəticələnmişdi.

Lakin, İspaniya Ali Məhkəməsi referendumu qanunsuz hesab etmiş və Kataloniya hökumətinin 9 üzvünün həbs edilməsi barədə qərar çıxarmışdı. Bir neçə gün öncə məhkəmə onlar haqqında 9 ildən 13 ilə qədər həbs qərarı çıxarıb.
BAKU.WS
QALEREYA