VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlərin nəticəsi barədə mətbuat konfransı keçirib.

BAKU.WS xəbər verir ki, nazir deyib ki, Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib.

Mövlud Çavuşoğlu bildirib ki, 120 saat ərzində YPG Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Yalnız bundan sonra “Sülh çeşməsi” antiterror əməliyyatı dayandırıla bilər. Bundan başqa, Türkiyəyə qarşı ABŞ-ın sanksiyaları dərhal aradan qaldıracaq. Bundan başqa, YPG əlindəki ağır silahlar toplanmalıdır. M.Çavuşoğlu diqqətə çatdırıb ki, təhlükəsizlik bölgəsi tam şəkildə terrorçulardan təmizlənməli, Suriyanın ərazi bütövlüyü qorunmalı, suriyalı qaçqınlar yurdlarına qayıtmalıdır.

Nazir Mövlud Çavuşoğlu Suriya böhranının həlli ilə bağlı Türkiyənin qətiyyətli mövqeyi, o cümlədən prosesin tənzimlənməsinə dair davam edən məsələlər ətrafında geniş məlumat verib.

Qeyd edək ki, türkiyə tərəfi birmənalı olaraq PKK terror təşkilatı ilə YPG-nin eyni məqsədli təşkilat olduqlarını bəyan edib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etməyəcək.

Məlumata görə, ABŞ dövlət başçısı rəsmi Ankaraya qarşı yeni sanksiyaların tətbiq edilməsinə ehtiyac olmadığını deyib. 

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dost adlandırıb. 

BAKU.WS