SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş olub.

BAKU.WS-in məlumatına görə, mətbuata qapalı olan 1 saat 40 dəqiqəlik görüşdə “Barış bulağı” hərəkatı çərçivəsində bundan sonra atılacaq addımlar, təhlükəsiz bölgə planı və ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə bağlı müzakirələr aparılıb.

İkitərəfli görüşdən sonra heyətlərarası görüş başlayıb. Türkiyə tərəfdən müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, maliyyə naziri Berat Albayrak, ABŞ tərəfdən isə vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo və Suriya üzrə təmsilçi Ceyms Cefri iştirak ediblər.

BAKU.WS