VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Arxangelsk vilayətində ABŞ-ın 3 diplomatı saxlanılıb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, diplomatlar Nenoksa-Severodvinsk qatar yolunda səyahət edərkən polislər tərəfindən saxlanılıb.

Saxlanılan diplomatların adları hələlik açıqlanmır. Onların saxlanılmasına səbəb olaraq sənədlərində problem olduğu göstərilib.

ABŞ rəsmiləri saxlanılan diplomatları işgüzar səfər məqsədilə Rusiyada olduqlarını bildiriblər.

Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb ki, diplomatların saxlanılması prosedur və qanunlara uyğun şəkildə həyata keçirilib.
BAKU.WS