SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcəklər.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Onun sözlərinə görə, o, ABŞ nümayəndə heyətinin Türkiyədən bölgədə atəşkəsi təmin etməyi istəyəcəklərini söyləyib. Tramp Türkiyəyə sanksiyalar tətbiq ediləcəyini də bir daha dilə gətirib.

Qeyd edək ki, ABŞ Türkiyənin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatını dəstəkləmədiyini açıqlayıb və buna görə 3 nazirə sanksiya tətbiq edib.
BAKU.WS