SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbulda səfərdə olan NATO baş katibi Yens Stoltenberq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, Stoltenberq görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyənin Suriyada 3 gündür başlatdığı “Sülh mənbəyi” adlı antiterror əməliyyatı barədə danışıb.

O, Türkiyənin NATO-nun güclü bir üzvü olduğunu və qurum üçün böyük önəmə sahib olduğunu söyləyib.

Stoltenberq NATO-nun Türkiyəni terrorizmlə mübarizədə sahəsində dəstəkləməyə davam edəcəyini söyləyib.

NATO baş katibi ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi təqdirdə NATO-nun hansı mövqeyi nümayiş etdirəcəyi barədə danışmaq istəməyib.
BAKU.WS