SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşdə ondan "Aurus" avtomobilindən istəyib.

BAKU.WS
xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb. 

Türkmənistan prezidenti rusiyalı həmkarına deyib ki, avtomobillə bağlı ilk partiyanı almaq niyyətindədir: "Bir daha xahiş etmək istəyirəm. Biz "Aurus Sedan" üçün müraciət etmişik. İlk partiyanı almaq istərdik".

"Yeni "Aurus" markalı avtomobillərimiz üçün xoş, müsbət rəylərinizə görə təşəkkür edirik. Bu maşını bəyənməyiniz çox xoşdur",-deyə Putin Berdiməhəmmədova cavab verib. 

Qeyd edək ki, Vladimir Putin dəyəri 18 milyon rubl (475 min AZN) olan "Aurus Senat" avtomobilindən istifadə edir. Prezidentin limuzini Yamalo-Nenets muxtar dairəsində 50 dərəcə şaxtada uğurla sınaqdan keçib.
BAKU.WS
VİDEO

VİDEO