VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlıların yaşadığı Qaraçöp mahalının (Saqareco rayonu) Ləmbəli kəndində şagirdlər arasında kütləvi zəhərlənmə olub.

Kənd sakinlərinin BAKU.WS-ə verdiyi məlumata görə, hadisə bu gün baş verib. Belə ki, Ləmbəli kənd orta məktəbinin 5-ci sisnif şagirdləri yaxınlıqdakı mağazadan limonad və cipsi alaraq yeyiblər. Bir müddət sonra onlar özlərini pis hiss ediblər.

Dərhal məktəbə təcili yardım çağırılıb. 7 şagird xəstəxanaya aparılıb. İlkin yardınmdan sonra onlar evə buiraxılıblar. 

Faktla bağlı araşdırma aparılır. Şagirdlərin qəbul etdiyi qidaların istismar müddəti ilə bağlı problem olmadığlndan, firma haqqında araşdırmaya başlayıb.
BAKU.WS