VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ordusu etibarlı bölgə yaratmaq məqsədiylə Fərat çayının şərqində əməliyyatlara başlayıb.

BAKU.WS
xəbər verir ki, "Barış Pınarı" ("Sülh Çeşməsi") adlı əməliyyat Rəsuleyn bölgəsindəki PKK/YPG hədəflərinin vurulmasıyla start verib. 

Prezident Rəcəb Tayyip Ərdoğan da "Twitter"də "Barış Pınarı"nın başlanmasını elan edib. 

Xatırladaq ki, Türkiyə 2012-ci ildən etibarən Suriya ilə sərhəddə təhlükəsiz zonası yaratmaq istəsə də, geridə qalan 7 ildə buna nail ola bilməyib. Uzun danışıqlardan sonra ötən həftə Donald Tramp ABŞ əsgərlərini nəzarət məntəqələrindən geri çəkməyə razılıq verib. Bundan sonra Türkiyə ordusu sərhədi keçərək əməliyyata hazırlaşmağa başlayıb.

Türkiyə Cerablus-İraq sərhədi arasındakı sərhəd xəttində 35-40 kilometr dərinlikdə “təhlükəsizlik zolağı” yaratmaq niyyətindədir. Burada 1 milyon qaçqının yerləşdirilməsi üçün 10 qəsəbə və 5 min kəndin salınması nəzərdə tutulub. Bu qəsəbələrin hər birində 30 min, kəndlərin hər birində isə 5 min nəfər yerləşdiriləcək. Layihənin ümumi dəyəri isə 26 milyard dollardır.


BAKU.WS
VİDEO