SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekvadorda kütləvi aksiyaların genişlənməsi səbəbində Prezident Lenin Moreno maraqlı qərar verib.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Moreno müvəqqəti olaraq paytaxtı Kitodan Quayakilə daşıyıb.

O, fəaliyyətini buradan davam etdirəcəyini açıqlayıb:

“Mənə verilən konstitusion haqlara görə hökumət idarəetməsini Quayakilə daşıdım”.

L.Mpreno həmçinin 2 aylıq fövqəladə vəziyyət də elan edib.

Qeyd edək ki, Ekvador xarici ölkələrə 3,6 milyardlıq borc səbəbindən çətin günlər yaşayır. Hökumət 2020-ci ildə borcu 1 milyard dollar səviyyəsinə endirəcəyini açıqlamış, bunun adınca Beynəlxalq Valyuta Fondundan 4,2 milyard dollarlıq kredit almaq üçün bir sıra sahələrdə maliyyə kəsintisi ediləcəyi açıqlanıb. Bu səbəbdən əhali kütləvi aksiyalara başlayıb.
BAKU.WS