VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında azyaşlının döyülməsi ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. 

BAKU.WS
xəbər verir ki, görüntüləri İsveçin "Metro" qəzeti yayıb. 

Videoda atanın azyaşlı qızını gəzə bilmədiyi üçün cəzalandırması öz əksini tapıb. Valideyni tərəfindən kürək və üz nahiyələrindən zərbə alan azyaşlı isə sadəcə ağlayır.

Məsələnin ictimailəşməsindən sonra səudiyyəli valideyn görüntülərin 4 il əvvələ aid olduğunu bildirib. O, həmin vaxt uşağının gəzə bilmədiyi üçün əsəbləşdiyini, lakin buna görə peşman olduğunu söyləyib.
BAKU.WS
VİDEO