SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Həsən Ruhaninin “ABŞ Bizə danışıqlara başlamaq üçün bütün sanksiyaları ləğv etməyi təklif etdi” açıqlamasına münasibət bildirib.

BAKU.WS xəbər verir ki, Tramp ABŞ-ın İrana deyil, İranın görüş üçün təklif etdiyini bildirib.

O, bunu Tvitterdəki hesabında yazıb: “İran görüş üçün onlara tətbiq etdiyimiz sanksiyaları ləğv etməyimizi istədi. Təbii ki, “yox” dedim”.

***2019-09-27 18:10:34

ABŞ İranla danışıqlara başlamaq qarşılığında bütün sanksiyaları götürməyi təklif edib.

BAKU.WS “Gazetevatan”a istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani açıqlayıb.

O bildirib ki, bu təklif ona Vaşinqtonda edilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranla nüvə anlaşmasından çıxmasından sonra iki ölkə arasında gərginlik yüksəlib. Üstəlik ABŞ İrana qarşı bir neçə dəfə genişmiqyaslı sanksiyalar tətbiq edib.
BAKU.WS