BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, gecə saatlarında daha bir güclü titrəyiş qeydə alınıb.
Türkiyə vaxtı ilə gecə saat 23 radələrində qeydə alınan zəlzələnin gücü 4 baldan çox olub. Daha sonra ard-arda 37 dəfə İstanbulda ardıcıl təkanlar olub.
Sonuncu titrəyiş səhər saat 07:04-də qeydə alınıb.
Zəlzələnin qorxusundan insanlar küçələrə axışıb və evlərinə getməyiblər.
Sosial şəbəkələrdə zəlzələ barədə çoxlu statuslar paylaşılıb və müzakirələr aparılıb. Gəzən şayiələrə görə, bundan sonra 7 bal gücündə zəlzələ olacaq.
BAKU.WS
VİDEO
QALEREYA