VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı danışıb.

O deyib ki, zəlzələ nəticəsində 8 nəfər yüngül xəsarət alıb, bəzi binalarda çatlar meydana gəlib.

Onun sözlərinə görə, 5,8 ballıq yeraltı təkandan sonra 28 avtoşok qeydə alınıb.

Ərdoğan xalqı təmkinli olmağa, yalan məlumatlara etibar etməməyə çağırıb.

***15:14***

İstanbul şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.

BAKU.WS "Posta"ya istinadən xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Yerli vaxtla 13:59-da qeydə alınan zəlzələnin episentri İstanbulun mərkəzindən 67 km uzaqda, Silivri sahilində yerin 12 km dərinliyində yerləşib.
Yeraltı təkan İstanbula yaxın rayonlardan da hiss edilib.

Dağıntı və itkilərin olması barədə hələlik məlumat yoxdur.
BAKU.WS