SİZİN REKLAM BURADA!
055 213 76 73


"Formula-1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer Paris xəstəxanasından evə buraxılıb. 

BAKU.WS xəbər verir ki, bu barədə fransalı jurnalist Jan-Mişel Dekyuji BFMTV telekanalının efirində danışıb. 

Jurnalistin sözlərinə görə, Şumaxer klinikanı sentyabrın 11-dən 12-nə keçən gecə tərk edib. İdmançının müalicə üsulları ictimaiyyətdən gizli saxlanılır.

"Bizə yalnız məlumdur ki, ona kök hüceyrələrlə birgə qan vurulub. Bu da onun beyni daxil olmaqla, digər orqanlarına müsbət təsir edib",-deyə Jan-Mişel Dekyuji bildirib.

Qeyd edək ki, almaniyalı "Formula-1" pilotu 6 ildən sonra komadan ayılıb.  Mixael Şumaxer 2013-ci ilin sonunda xizək sürərkən yamacdan yıxılmışdı. O, başından ağır xəsarət almış və həmin vaxtdan bəri komaya düşmüşdü.
BAKU.WS