Şimali Kipr Türk Respublikasının Girne şəhərindəki hərbi bazada partlayış baş verib.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, hərbi bölgədəki silah anbarında qeydə alınan güclü partlayış kilometlərlə uzaqlıqdan aydın müşahidə edilir.

Gecə saatlarında başlayan partlayışlar hələ də davam etməkdədir.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib. İlkin məlumata görə, ölən yoxdur.

Partlayışın şiddəti o qədər güclü olub ki, yaxınlıqdakı kəndlərdə evlərə də ziyan dəyib. Bu səbəbdən bir neçə nəfər yaralanıb.

Hərbi bölgə yaxınlığında təhlükəsiz məntəqə yaradılıb və insanlar oraya təxliyyə edilib. Ehtiyat tədbiri olaraq elektrik verilişi dayandırılıb.

Fərid ƏDALƏT


BAKU.WS