SİZİN REKLAM BURADA!
055 213 76 73


“Alibaba” şirkətinin qurucusu Cek Ma şirkətinin 20-ci ilinin tamam olduğu gündə - 10 sentyabrda rəhbərlikdən gedib.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, o, yerinə şirkətin idarə heyətin üzvü Daniel Zanqı təyin edib.

Cek Ma şirkətin ildönümü mərasimində 80 min nəfər üçün konsert də verib. 55 yaşlı biznesmen səhnəyə çıxaraq mahnılar ifa edib.

Qeyd edək ki, Cek Ma Hanqçouda ingilis dili müəllimi işləyərkən e-ticarət saytı qurmaq qərarına gəlib. 1999-cu ildə “Alibaba” şirkətini təsis edib. Bu şirkət 20 il ərzində Çinin və dünyanın ən böyük e-ticarət şirkətlərindən birinə çevrilib.
BAKU.WS
VİDEO

QALEREYA