SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail Baş naziri Benyamin Netanyahu etdiyi səhvlə gündəmə düşüb.

BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, o, Nazirlər Kabinetinin iclasından Londona etdiyi səfər və İngiltərənin Baş naziri Boris Consonla görüşü barədə məlumat vermək istəyib.

Netanyahu bu zaman Conson Yeltsin deyib:

“Londonda İngiltərənin Baş naziri Boris Yeltsin və ABŞ Müdafiə naziri ilə faydalı görüşlər keçirdim”.

Yanındakıların xəbərdarlığı ilə səhvini düzəltməyə çalışan Netanyahu vəziyyətdən belə çıxmaq istəyib:

“Dinləyib-dinləmədiyinizi görmək üçün belə dedim”.

Xatırladaq ki, Netanyahu daha öncə də buna bənzər səhv etmişdi. Belə ki, o, 2016-cı ilin dekabrında Azərbaycana səfərindən sonra keçirilən iclasda Əfqanıstana səfər etdiyini bildirmişdi.

Qeyd edək ki, sabiq Rusiya prezidenti Boris Yeltsin 2007-ci ildə vəfat edib.
BAKU.WS
VİDEO